Azərbaycanda “Avro-5” dizel yanacağının istehsalına başlanılıb

    İQTİSADİYYAT

    02 Iyun 2023 | 16:46

    Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində 2023-cü ilin ikinci rübündən etibarən "Avro-5" standartına uyğun dizel yanacağı istehsalına başlanılıb.

    Bu barədə Pressa SOCAR-ın "Caspian Oil&Gas" sərgisindəki stendində nümayiş etdirdiyi məlumatlara istinadən xəbər verir.

    Məlumata görə, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib. Zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur.

    Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023