Azərbaycan və İsrail arasında uçuşların sayı artırıla bilər

    ÖLKƏ

    30 May 2023 | 15:46

    Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

    Pressa xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

      “Bu gün biz həmçinin qarşılıqlı turizm axınının səviyyəsini necə artıra biləcəyimiz haqqında danışdıq. Bizim həftəyə sadəcə 4 uçuşumuz var ki, bunun yetərli olmadığını düşünürəm. Nümayəndə heyətlərimizin üzvlərinə sadəcə mövsümi əsasda deyil – çünki adətən yay vaxtı bizim daha çox uçuşlarımız olur – daimi əsasda uçuşların sayının artırılması üçün təlimatlar verilib”, - Prezident İlham Əliyev qeyd edib.

       



      XƏBƏR LENTİ

      18 Mart 2024
      17 Mart 2024
      16 Mart 2024
      15 Mart 2024
      14 Mart 2024
      13 Mart 2024
      12 Mart 2024
      11 Mart 2024