• Bakı 32° C

    1.86 m/s

  • USD - -

    RUB - -

    EUR - -

Azərbaycan Tacikistana 40 min doza “Vaxzevria” peyvəndi göndərdi - FOTO

ÖLKƏ

20 Iyul 2021 | 16:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistan Respublikasına humanitar yardım göndərilib.

Pressa xəbər verir ki, iyulun 20-də 40 min doza “Vaxzevria” (“AstraZeneca”) peyvəndini daşıyan AZAL-a məxsus təyyarə Tacikistanın Düşənbə Beynəlxalq Hava Limanına enib.

Hava limanında yük Azərbaycanın Tacikistandakı səfirliyinin müvəqqəti işlər vəkili Vüqar İbrahimov tərəfindən qəbul edilərək, Tacikistanın Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Fayzali Saidzoda və Tacikistan Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sanitariya-Epidemioloji Təhlükəsizlik İdarəsinin rəisi Navruz Cəfərova təhvil verilib.

Humanitar yardım qarşı tərəfə təqdim edildikdən sonra Tacikistan Səhiyyə Nazirliyinin rəsmisi COVID-19 infeksiyası ilə mübarizədə Azərbaycan rəhbərliyi tərəfindən bu ölkəyə göstərilən davamlı yardımlara görə minnətdarlığını bildirib.



SON XƏBƏRLƏR

05 Avqust 2021
04 Avqust 2021
03 Avqust 2021
02 Avqust 2021
31 Iyul 2021
30 Iyul 2021
29 Iyul 2021
28 Iyul 2021
27 Iyul 2021
26 Iyul 2021