Azərbaycan Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq

    SİYASƏT

    17 Iyul 2021 | 16:34

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə "AstraZeneca" peyvəndi partiyası göndəriləcək.

    "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) Pressa-a verilən məlumata görə, AZAL təyyarələri ilə Tacikistanda və Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq.

    Peyvəndin çatdırılması AZAL-ın çarter reysləri ilə 19 iyulda Bakıdan Sarayevo şəhərinə, 20 iyulda Düşənbə şəhərinə həyata keçiriləcək.

    Xatırladaq ki, daha əvvəl Azərbaycan "AstraZeneca" peyvəndini Özbəkistana (50 min) və Qırğızıstana (40 min) ötürmüşdür.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024