Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

    ÖLKƏ

    06 Fevral 2023 | 14:00

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

    Pressa xəbər verir ki, xilasetmə qüvvələrini daşıyan iki təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş edib.

    İlkin olaraq qardaş ölkəyə 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri yola düşüb.

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023