Azərbaycan nefti cüzi ucuzlaşıb

    İQTİSADİYYAT

    26 Noyabr 2022 | 10:36

    Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,02 % azalaraq 86,88 ABŞ dolları təşkil edib.

    Bu barədə neft bazarındakı mənbə məlumat verib.

    Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 85,34 ABŞ dollarına satılıb.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.



    XƏBƏR LENTİ

    07 Fevral 2023
    06 Fevral 2023
    05 Fevral 2023
    04 Fevral 2023
    03 Fevral 2023