Azərbaycan Mərkəzi Bankının aktivləri azalıb

    İQTİSADİYYAT

    17 May 2022 | 10:13

    Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

    Pressa hesabata istinadən xəbər verir ki, AMB-nin aktivləri 3,6% artaraq 26 milyard 410 milyon 568 min manat təşkil edib.Aktivlərin 17 milyard 362 milyon 276 min manatını borc qiymətli kağızları, 6 milyard 838 milyon 991 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri, 1 milyard 258 milyon 160 mi manatını Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar, 356 milyon 281 min isə banklara verilmiş kreditlər təşkil edib.

    Ötən il AMB-nin öhdəlikləri 5,8 % artaraq 25 milyard 240 milyon 380 min manata çatıb.

    Bunun 12 milyard 310 milyon 18 min manatı dövriyyədə olan əskinaslarının və sikkələrin, 7 milyard 440,004 milyon manatı kredit təşkilatları qarşısında öhdəliklər, 4 004,637 milyon manatı hökumət idarələri qarşısında öhdəliklər, 1 milyard 261 milyon 131 min manatı isə BVF ilə əməliyyatlar üzrə öhdəliklər təşkil edib.

    AMB-nin balans kapitalı 1 milyard 170 milyon 188 min (28% az) manat, nizamnamə kapitalı isə 500 milyon manat (dəyişməyib) qalıb.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024