"Apple" ilin ən yaxşı oyun və proqramlarını təqdim edib

    03 Dekabr 2021 | 09:27

    "Apple" şirkəti 2021-ci ilin 15 ən yaxşı oyun və proqramlarının siyahısını açıqlayıb.

    Report şirkətin saytına istinadən xəbər verir ki, proqramlar istifadəçilərin maraqları əsasında təsnif edilib ki, bu da onlara yeni yaradıcılıq imkanlarını açmağa və yeni təcrübələr qazanmağa kömək edib.

    Ümumilkidə korporasiya müstəsna keyfiyyət, innovativ texnologiya, yaradıcı dizayn və müsbət mədəni təsir imkanlarına görə tanınan proqram və oyunları qeyd edib.

    Ən yaxşı proqram və oyunlar arasında istifadəçiləri danışmağa və bir-birini dinləməyə həvəsləndirən sağ qalma simulyatoru “Among Us”, tanışlıq proqramı "Bumble", qaradərililərə məxsus restoran və yeməkxanaların kataloqu olan "EatOkra" tətbiqini göstərmək olar.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024