Agentlik xarici diplomların tanınmasındakı vacib məqamla bağlı çağırış edib

    TƏHSİL

    28 Mart 2024 | 10:45

    Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasındakı vacib məqamla bağlı çağırış edib.

    TKTA-dan Pressa-ya verilən məlumata görə, daxili akkreditasiyası olmayan ali məktəblərdən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir.

      Qeyd edilib ki, “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”.

       



      XƏBƏR LENTİ

      26 Aprel 2024
      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024