Ağdamda beynəlxalq konfrans keçirilir - FOTO

    ÖLKƏ

    16 Sentyabr 2021 | 16:30

    Bu gün Ağdam şəhərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransı işə başlayıb.

    Pressa-nın məlumatına görə, bununla bağlı Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı paylaşım edib.

    Bunu çox mühüm hadisə adlandıran R. Hacıyev bildirib ki, dayanıqlı inkişaf və iqtisadiyyat elmi bünövrəsiz mümkün deyil: "Bu isə o deməkdir ki, alimlərimiz Qarabağın dirçəlişində fəal iştirak etməlidirlər. İnanıram ki, bu konfrans ənənəvi tədbirə çevriləcək və elm icması ilə dövlət qurumlarını birləşdirən bir platformaya çevriləcək.

    Biz isə, Qarabağ Dirçəliş Fondu olaraq bu gözəl təşəbbüsü daimə dəstəkləməyə hazırıq”.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024