3-cü mkr istiqamətində avtobuslar uzunmüddətli gecikmə ilə hərəkət edir

    ÖLKƏ

    22 Iyun 2022 | 15:00

    Hazırda paytaxtın Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindən 3-cü mkr. dairəsi istiqamətində müşahidə olunan sıxlıq səbəbindən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

    Qeyd olunub ki, avtobuslar gecikmə və uzunmüddətli intervalla hərəkət edirlər. Gecikmələr təxminən 16-20 dəqiqə aralığındadır.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024