12 gün öncə komaya düşən qazimiz bu gün ŞƏHİD OLDU

    ÖLKƏ

    16 Iyun 2021 | 14:26

    12 gün öncə komaya düşən qazimiz  Zeynal Fizuli oğlu Şahhüseynov bu gün  şəhid olub. 
     
    Pressa xəbər verir ki,  ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin məsləhəti ilə Bakıya gətirilmiş və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdi. 
     
    Qeyd edək ki, şəhid Z.Şahhüseynov müharibə başlayandan cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət etmişdi. 
     
    Əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanmış və döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala yerləşdirilmişdi. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi 12  gün öncə  komaya düşüb Lənkəran Mərkəzi xəstəxanasına yerləşdirilmiş. Bir neçə gün orada qaldıqdan sonra  ötən həftə Bakıya gətirilmiş və bu gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. 
     
    Allahdan şəhidimizə rəhmət və xalqımıza səbr diləyirik!



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024