Kamçatkada qeyri-adi təbiət hadisəsi müşahidə olunub.
Pressa-nın xəbərinə görə, ərazidə ağcaqanadlardan ibarət burulğan qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, belə burulğan insanlar üçün təhlükəli deyil.
“Bu ova çıxmış ağcaqanadlar deyil. Cütləşmək üçün bir neçə dişi ətrafında dövrə vuran erkəklərdir”, - deyə zooloq Lüdmila Lobkova izah edib.
O, belə halların hər il baş verdiyini bildirib.