Qurban Qurbanov: “O, Türkiyədən təklif alsa da, Azərbaycanda qalmaq istədi”

    İDMAN

    19 May 2022 | 14:00

    “Qarabağ”ın futbolçusu Kevin Medinanın Ağdam klubunda qalmasının səbəbi bəlli olub.

    Apasport.az saytının məlumatına görə, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlayıb.O bildirib ki, kolumbiyalı müdafiəçinin özü Azərbaycanda qalmaq istəyib. Cənubi amerikalı Türkiyədən təklif alıb. Lakin Medina bu təklifi qəbul etməyib.

    O, ölkəmizə öyrəşdiyini əsas gətirərək burada qalmağa üstünlük verib. Klub rəhbərliyi də Kevinin xidmətində maraqlı olduğundan onunla yeni müqavilə imzalanıb.

    Qeyd edək ki, Medina 2020-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyur.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024