Prezident Vyetnam şirkətlərini azad olunmuş ərazilərdə bərpa-quruculuq layihələrində iştiraka dəvət edib

    ÖLKƏ

    07 Fevral 2023 | 15:18

    Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində çox yaxşı əlaqələr var.

    Pressa xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini qəbulu zamanı deyib.

    Azərbaycan Prezidenti hələ sovet dövründə çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil aldığını bildirib.

    Dövlət başçısı Vyetnama səfəri zamanı Azərbaycandakı ali təhsil müəssisələrinin bu ölkədən olan məzunları ilə görüşdüyünü, onları Azərbaycana səfərə dəvət etdiyini xatırladı və onların bu səfəri həyata keçirdiklərini məmnunluqla qeyd edib.

    Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakının mümkünlüyü məsələsinə də toxunub, həmin şirkətləri bu işlərdə iştiraka dəvət edib.

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023