Polad Həşimova həsr olunmuş film çəkilib

    MƏDƏNİYYƏT

    04 May 2022 | 14:33

    Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlərin istehsalı davam edir.

    “Poladın izi ilə” adlanan sonuncu film Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunub.

    “Azərbaycanfilm” Kinostudiyasından Pressa-ya verilən xəbərə görə, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

    “Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi bu gün, saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024