OPEC Azərbaycanın təsdiq olunmuş neft ehtiyatlarını yenidən qiymətləndirib

    İQTİSADİYYAT

    29 Iyun 2022 | 13:20

    Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirilməsini dəyişməyib.

    Pressa OPEC-in illik statistik bülleteninə istinadən verdiyi məlumata görə, 2021-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 7 mlrd. barel (təqribən 1 mlrd. ton) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisinə bərabərdir.Bülletenə əsasən, ötən ilin nəticələrinə görə, qlobal təsdiq edilmiş neft ehtiyatları 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0,02% azalaraq 1,545 trilyon barel təşkil edib.

    Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının əsas payı Xəzər dənizində yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun payına düşür. AÇG layihəsi xarici şirkətlərlə birlikdə həyata keçirilir.

    Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024