Nazir: Yoluxmalar artsa, siniflər bağlana bilər

    ÖLKƏ

    27 Iyul 2022 | 12:47

    Təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxmaların artması fonunda məktəblərin sentyabrda açılmayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    Pressa xəbər verir ki, o bildirib ki, pandemiya dövründə sürprizlər həmişə olur.

    “Artıq iki il ərzində kifayət qədər təcrübə toplamışıq. Ötən il təhsili ümumilikdə dayandırmadıq. Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər. Lakin təhsilin tamamilə bağlanması nəzərdə tutulmur”, - nazir vurğulayıb.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023