Nazir: İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır

    ÖLKƏ

    02 Iyun 2023 | 14:03

    “İşsizliyin tam həlli uzun prosesdir. İxtisaslı işçi qüvvəsinin yetişdirilməsi önəmli çağırışlardan biridir”.

    Pressa xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Nazir bildirib ki, eyni zamanda iş yerləri ilə bağlı da problemlər var: “Yeni iş yerləri də yaradılmalıdır. İş yerlərinin açılması ilə paralel isə ixtisaslı işçi qüvvəsinin də yaradılması lazımdır. Regionlarda bu problem daha böyükdür. İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır. Dövlət çox böyük bir yükü davamlı olaraq öz üzərinə çəkməli deyil”.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024