Naxçıvanda ÜDM-in həcmi 2,4% artıb

    İQTİSADİYYAT

    22 Sentyabr 2022 | 10:08

    Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1,93 mlrd. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4% çoxdur.

    Naxçıvan Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, hesabat dövründə hər bir nəfərə düşən ÜDM-in həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 4182,5 manat olub.Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-avqust aylarında 797,85 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çoxdur.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024