Naxçıvan Heydər Əliyev Muzeyinə yeni status verilib

    MƏDƏNİYYƏT

    10 May 2023 | 16:02

    Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə yeni status verilib.

    Pressa-nın Naxçıvan bürosu xəbər verir ki, muzeyə Muxtar Respublika statusunun verildiyi açıqlanıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq bu gün bununla bağlı qərar verib.

      Qeyd edək ki, Heydər Əliyev muzeyinə “muxtar respublika” statusunun verilməsinə görə muzey əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavələr ödəniləcək.



      XƏBƏR LENTİ

      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024