Lavrov: Azərbaycanla Ermənistan arasında sülh sazişinin parametrlərinin razılaşdırılmasına yardım edəcəyik

    SİYASƏT

    20 Mart 2023 | 14:49

    Bu gün keçirilən danışıqlarda regional təhlükəsizlik məsələlərinə önəmli diqqət yetirəcəyik.

    Pressa-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirozyanla keçirdiyi görüşün protokol hissəsində çıxışında bildirib.

      O qeyd edib ki, birinci növbəli vəzifələrdən biri Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanmasıdır: “Ümumilikdə, Qarabağ ətrafındakı vəziyyətin nizamlanmasıdır. Bizdə şübhə yoxdur ki, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatları bütün qərarların həll olunması üçün açar olaraq qalır. Biz üçtərəfli bəyanatlarda yazıldığı kimi Cənubi Qafqaz regionun nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasına və sülh sazişinin parametrlərinin razılaşdırılmasına yardım etməyə hazır olacağıq”, deyə Rusiya XİN başçısı vurğulayıb.

       



      XƏBƏR LENTİ

      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024