Kəklikotu bitkisinin 9 MÖCÜZƏVİ FAYDASI

    02 Dekabr 2021 | 16:26

    Kəklikotunun xoş qoxusu, görünüşü və dadından əlavə, orqanizm üçün inanılmaz faydaları var.

    Medicina.az bildirir ki, yeməklərə ləzzət qatan kəklikotu həm də şəfa deposudur. Hər dərdə dərman hesab olunan kəklikotunun sağlamlığa verdiyi faydalardan bəzilərini təqdim edirik:

    - Bədəni qüvvətləndirir, həzmi asanlaşdırır.

    - Sinir sistemini gücləndirir və iştahsızlıqla mübarizə aparır.

    - Cinsi istəyi artırır.

    - Xəstəliklərə qarşı müqavimət gücünü artırır, iltihabları azaldır.

    - Kəklikotu suyu ilə vanna qəbul etmək, yaxud duş almaq revmatizm ağrılarını sakitləşdirir.

    - Akne müalicəsində təmizləyici və yaxşılaşdırıcı təsirləri var.

    - Badamcıq iltihablarına müsbət təsir edir. Dezinfeksiyaedici təsirli bəlğəmgətiricidir.

    - Öskürək və yuxarı tənəffüs yolları iltihabında çay və qarqara formasında istifadə edilməlidir.

    - Kəklikotu ağciyər və bronxlar, mədə və bağırsaqlar üçün xüsusilə faydalıdır.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024