Hulusi Akar Türkiyə-İraq sərhədinə səfər edib

    DÜNYA

    21 Yanvar 2022 | 14:36

    Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin komandanlığı ilə birlikdə İraqla sərhəd xəttinə səfər edib.

    Pressa xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

    Bildirilib ki, Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüzlə birlikdə Şırnaka gedib.

    Nazir və komandalıq sərhəddəki vəziyyətlə tanış olub, sərhəd xəttindəki komandirlələ toplantı keçirib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024