Gürcüstan Türkiyəyə xilasedicilər göndərir

    DÜNYA

    06 Fevral 2023 | 13:38

    Gürcüstan Türkiyəyə axtarış-xilasetmə avadanlıqları və xilasedicilər göndərir.

    Pressa-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

    Bildirilib ki, Baş nazir İrakli Qaribaşvilinin qərarına əsasən, qarşıdakı bir neçə saat ərzində xilasedicilər və müvafiq vasitələr Türkiyəyə yola salınacaq.

    Qeyd olunub ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirak edəcəklər.

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023