Ərdoğan: “Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik”

    ÖLKƏ

    15 Iyun 2021 | 18:08

    “Qardaşım İlham Əliyevin liderliyi və müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik. Şuşaya gələrkən gördük ki, intensiv işlər görülür”. 

    Pressa-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

    Türkiyə lideri bildirib ki, Füzuli aeroportunun istifadəyə verilməsi ilə bölgədə turizm imkanları da genişlənəcək. 

    O qeyd edib ki, Türkiyə öz dədə-baba yurdlarına qayıdacaq azərbaycanlılarla bağlı səylərini əsirgəməyəcək. 

    “Bu mövzuda dəyərli qardaşımın özəl çalışmaları var”, - deyə R.T.Ərdoğan əlavə edib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024