Ekspertlər neftin ucuzlaşma sürətinin azalacağını proqnozlaşdırır

    İQTİSADİYYAT

    30 Sentyabr 2022 | 16:10

    Neft qiymətlərindəki son eniş 2022-ci ilin dördüncü rübündə və 2023-cü ildə yavaşlaya bilər, çünki bazarda diqqət tələb narahatlıqlarından təklif sahəsində problemlərə yönəlib.

    Pressa xəbər verir ki, bu “Reuters“ agentliyinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub.

    Reuters“in sorğusuna qatılan 42 iqtisadçı və analitik “Brent” markalı neftin orta qiymətinin bu il bir barel üçün 100,45 dollar, 2023-cü ildə isə 93,70 dollar olacağını ehtimal edir.

    Məlumata görə, avqust ayında sorğu iştirakçıları “Brent” markalı neftin orta qiymətinin 2022 və 2023-cü illərdə müvafiq olaraq 103,93 və 96,67 dollar olacağını proqnozlaşdırırdılar.

    Bununla belə, proqnozlaşdırılan qiymətlər indiki qiymət səviyyəsindən yüksəkdir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024