"Dayə" peşə ixtisasının tanınması üzrə sənəd qəbulu elan edilib

    TƏHSİL

    01 Fevral 2023 | 11:45

    Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Dayə” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

    TKTA-dan Pressa-ya bildirilib ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dayələr səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

    Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

    Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə Sertifikat təqdim ediləcək.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024