Bu il Azərbaycan buğda idxalını 78% artırıb

    İQTİSADİYYAT

    16 Mart 2023 | 17:08

    Cari ilin yanvar-fevral ayında Azərbaycana 81 mln. 987 min dollar dəyərində 268 min 114.16 ton buğda idxal edilib.

    Pressa Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 78% və ya 117 min 517 ton, məbləğ baxımından isə 57.8% və ya 30 mln. 34 min çoxdur.

    Qeyd edək ki, bu ilin yanvar-fevral ayında buğdanın idxal qiyməti 2022-ci ilin eyni dövri ilə müqayisədə 11.6% azalıb.

     

     



    XƏBƏR LENTİ

    03 Iyun 2023
    02 Iyun 2023
    01 Iyun 2023
    31 May 2023
    30 May 2023