Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirəcək

    SİYASƏT

    31 Yanvar 2023 | 11:55

    BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) bu gün Bakı vaxtilə saat 16:00-da Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək.

    Pressa xəbər verir ki, İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.

    Sessiyaya məhkəmənin sədri Coan Donoqyunun (Joan E. Donoghue) hakimlik edəcək.

    Dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr ediləcək.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024