Britaniya Türkiyə və Suriyaya əlavə 8 mln. funt sterlinq yardım edəcək

    DÜNYA

    08 Fevral 2023 | 19:01

    Böyük Britaniya hökuməti bu gün dağıdıcı zəlzələlərdən sonra Türkiyə və Suriyaya 8 milyon funt sterlinq dəyərində əlavə dəstək paketi elan edib.

    Pressa xəbər verir ki, Böyük Britaniya böhrana təcili cavab tədbirləri çərçivəsində sağ qalanlara dondurucu hava şəraitinin öhdəsindən gəlməyə kömək etmək üçün çadır, ədyal, gigiyena dəstləri kimi həyati vacib əşyalar təqdim edəcək. Böyük Britaniyanın anbarından təcili olaraq çatdırılacaq avadanlıq 15.000-ə qədər insanın ehtiyaclarını ödəyəcək.Həmçinin yardım çərçivəsində, təcili müalicəni təmin etmək üçün cərrahiyyə imkanları və avadanlıqları ilə dünya səviyyəli Böyük Britaniya həkimləri qrupu da yola çıxacaq.

    8 milyon funt sterlinqlik əlavə dəstəklə bağlı qərar, 77 Böyük Britaniya axtarış-xilasetmə mütəxəssisi, avadanlıq və dörd axtarış itindən ibarət qrupun dünən Qaziantepə çatmasından sonra verilib.

    Britaniya xarici işlər naziri Ceyms Kleverli əsas prioritetlərinin Türkiyə hökuməti, BMT və beynəlxalq tərəfdaşlarla razılaşdırılaraq ən çox ehtiyacı olanlara həyat xilasetmə yardımının göstərilməsini təmin etmək olduğunu söyləyib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024