Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı başlayıb

    SİYASƏT

    17 May 2022 | 15:15

    Bu gün Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı başlayıb.

    Pressa xəbər verir ki, tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti, İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti, Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti, Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti və Tacikistan Nümayəndələr Palatasının üzvləri iştirak edirlər.

    Milli Məclisin plenar iclas zalında keçirilən İƏTPA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunur, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılır.

    Qeyd edək ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçəcək.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024