“Azəriqaz”dan 2022-ci ilin qazlaşdırma planı ilə bağlı AÇIQLAMA

    ÖLKƏ

    22 Oktyabr 2021 | 13:47

    “2022-ci ilin qazlaşdırma planı artıq təsdiqlənmək üzrədir”.

    Pressa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev məlumat verib.

    O bildirib ki, bununla belə planın təsdiqlənmə prosesi hələ tam başa çatmayıb:

    “2022-ci ilin qazlaşdırma planını sosial media üzərindən paylaşmaq fikrimiz var. Vətəndaşlar konkret olaraq bilsin ki, 2022-ci ildə hansı massiv və ərazilər qazlaşdırılacaq. Çünki bu barədə suallar həddən artıq çox olur”.

    Ruslan Əliyev qeyd edib ki, hazırda proqram bağlanıb, lakin ona yenidən baxıla və hansısa ərazilər əlavə edilə bilər. 



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024