Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 1 150-ə çatıb

    İQTİSADİYYAT

    19 Noyabr 2021 | 10:21

    Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 36 228 borcalana 1 956,274 milyon manat kredit verib.

    Pressa xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

    Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 234,128 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 150 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

    Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024