Ağ Ev: Ukraynanın Rusiya ərazilərinə hücumlarını dəstəkləmirik

    DÜNYA

    31 May 2023 | 18:09

    Bayden administrasiyası ukraynalılara açıq şəkildə, həmçinin ayrılıqda Rusiya ərazilərinə hücumları dəstəkləmədiyini bildirib.

    Pressa xəbər verir ki, bunu CNN-ə Ağ Evin strateji kommunikasiyalar kordinatoru Con Körbi Moskvaya edilmiş dron hücumlarına münasibət bildirərkən deyib:

    "Biz onlara özlərini və öz ərazilərini, Ukrayna torpağını müdafiə etmələri üçün lazım olanları verməyə davam edirik, lakin biz Rusiyanın daxilinə hücumları dəstəkləmirik. Biz Rusiyanın daxilinə hücumları mümkün etmək və ya buna cəsarətləndirmək istəmirik, çünki biz müharibənin daha da eskalasiyasını istəmirik".

     

    Con Körbi Ukraynanın dron hücumlarının arxasında olub-olmaması ilə məlumat olmadığını, ABŞ-ın hələ də baş verənləri anlamağa çalışdığını əlavə edib.

    Körbi Ukrayna rəsmiləri tərəfindən ABŞ hərbi vasitələrindən Rusiyanın daxilini zərbə endirmək üçün istifadə edilməyəcəyi təminatı verildiyini xatırladıb.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023