4200 uşaq reabilitasiyaya cəlb ediləcək

    ÖLKƏ

    17 May 2022 | 15:49

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında "Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsinə başlanacaq.

    Bu barədə Pressa-ya nazirlikdən xəbər verilib.Bildirilib ki, layihə üzrə Bakının rayonları da daxil olmaqla 42 rayon və şəhərdə sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərəcək. Bu mərkəzlərə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlardan ibarət 4200 uşaq cəlb olunaraq reabilitasiya xidmətləri ilə təmin ediləcək.

    Mərkəzlərdə uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılacaq.

    Layihə çərçivəsində hər bir region üzrə 100 nəfər sağlamlıq imkanları məhdud uşağa sosial-psixoloji, tibbi reabilitasiya, abilitasiya, habelə ailəsinə dəstək və maarifləndirmə yönümlü xidmətlərin göstərilməsi planlaşdırılır.



    XƏBƏR LENTİ

    30 Iyun 2022
    29 Iyun 2022
    28 Iyun 2022
    27 Iyun 2022
    25 Iyun 2022
    24 Iyun 2022
    23 Iyun 2022
    22 Iyun 2022
    21 Iyun 2022
    20 Iyun 2022
    17 Iyun 2022
    15 Iyun 2022
    14 Iyun 2022