İbrahim Rəisi: İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq 

    DÜNYA

    17 Aprel 2024 | 12:11

    “İrana hücum olarsa, İsrailə qarşı sərt tədbirlər görüləcək”.

    Pressa xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi Ordu Günü ilə bağlı paradda çıxışı zamanı deyib.

    “Bizim İsrailə qarşı əməliyyatımız məhdud xarakterli tədbir idi, bu geniş əməliyyat olsaydı, İsraildən heç nə qalmayacağını görərdilər. Əgər İsrailin bizim torpaqlarımıza ən kiçik hücumu belə olarsa, onlarla şiddətli qarşıdurma yaşanacaq”, - İbrahim Rəisi vurğulayıb.

    İran Prezidenti bölgə ölkələrinə müraciət edib və əlavə edib ki, regionda xarici qüvvələrə ehtiyac yoxdur.



    XƏBƏR LENTİ

    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024