Ermənistan Rusiyanın münasibətlərə xələl gətirəcək addımlardan çəkinməsini gözləyir 

    DÜNYA

    04 Aprel 2024 | 13:29

    “Rusiya Xarici İşlər Nazirliyi rəsmilərinin bəyanatları onların müzakirələr üçün platforma yaradılmasında maraqlı olmadığını göstərir”.

    Pressa-nın “news.am”a istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

    O deyib ki, diplomatların dialoqu üçün müvafiq mühitin formalaşması son dərəcə zəruridir.

    Kostanyanın sözlərinə görə, rəsmi İrəvan hüquqi tərəfdaşı olan Rusiyadan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməsini gözləyir:

    “Diplomatlar adətən bütün tərəfdaşlarla müxtəlif səviyyələrdə dialoq həyata keçirir. Əlbəttə ki, müxtəlif mövzuların müzakirəsi üçün müvafiq mühit formalaşdırılmalıdır. Rusiya Xarici İşlər Nazirliyinin bir sıra vəzifəli şəxslərinin bəyanatları isə buna mane olur. Biz dəfələrlə ikitərəfli münasibətlərimizdə mövcud olan problemləri dilə gətirmişik. Ümid edirik ki, “de-yure” müttəfiqimiz olan Rusiya bu bəyanatlara təkcə sözdə deyil, atacağı addımlarla da reaksiya verəcək. Söhbət rəsmi Moskvanın onların da bəyan etdiyi kimi müttəfiq olan Ermənistanın maraqlarına xələl gətirməyəcək addımlar atmasından gedir”.





    XƏBƏR LENTİ

    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024