Qurban Qurbanov dünya reytinqində irəlilədi 

    İDMAN

    03 Aprel 2024 | 14:16

    Baş məşqçilərin yeni reytinqi açıqlanıb. Pressa xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 500 mütəxəssisi yer alıb.

    Cədvəldə yenə Azərbaycanın bir məşqçisi yer alır. Belə ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1 pillə irəliləyib. 52 yaşlı mütəxəssis 1670 xalla 139-cu yerə yüksəlib.

    “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də mövqeyini yaxşılaşdırıb. Bir pilləlik irəliləyişə nail olan monteneqrolu 1616 xalla 195-cidi.

    Qeyd edək ki, siyahıya 2221 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.



    XƏBƏR LENTİ

    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024