Qızıl Əlcək İdman Klubununun Sumqayıt filialı istifadəyə verilib

    İDMAN

    15 Aprel 2024 | 15:42

    Bütün idman növlərində maddi-texniki baza vacib rol oynayır. Çünki təminatı yüksək səviyyədə təşkil edilən bazada hazırlıq keçən idmançılar yarışlarda yüksək nəticə verirlər.

    Pressa xəbər verir ki, Sumqayıtda yeni istifadəyə verilən Qızıl Əlcək İdman Klubununun boks zalı da bu məqsədə xidmət edir. Məşqlər peşəkar boksçu Xəqani Əliyev tərəfindən keçirilir.

    Zalda dəri əlcək ustalarının yaxşı məşq etməsi üçün bütün imkanlar yaradılıb. Burada fəaliyyət göstərən trenajor zalı idmançıların yerində fiziki hazırlıqla məşğul olmasına şərait yaradacaq.

    Zalın açılışı Sumqayıtda boks növü üzrə kütləviliyə nail olmağa, eyni zamanda bacarıqlı idmançıları yetişdirməyə imkan verəcək.

    Qeyd edək ki, məşqlərə 6-50 yaş arası insanlar qatıla bilər. Məşqlər şəhid övladları və qazilər üçün tamamilə pulsuz keçirilir.



    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024