Qırğızıstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu bu ölkənin prezidenti Sadır Japarov qəbul edib.
Pressa xəbər verir ki, bu barədə nazir "X" platformasında bildirib.
Görüşdə strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İkitərəfli siyasi və iqtisadi tərəfdaşlığa aid məsələlər müzakirə olunub.