“Qarabağ” 13 pillə irəliləyib REYTİNQ

    İDMAN

    09 Aprel 2024 | 12:30

    Peşəkar futbol klublarının yeni dünya reytinqi açıqlanıb.
    Pressa xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıda Azərbaycanın 3 təmsilçisi yer alıb.
    Ötən reytinqlə müqayisədə 13 pillə irəliləyən “Qarabağ” 176,5 xalla 48-ci sıraya yüksəlib. “Neftçi” (62 xal) bir, “Sabah” (58,75) isə 4 pilləlik sıçrayışla müvafiq olaraq 377-ci və 413-cü yerlərdə qərarlaşıblar.
    Dünya reytinqində ilk pilləni İngiltərənin “Mançester Siti” (401 xal) klubu tutur. İspaniya “Real Madrid”i (332 xal) ikinci, İtaliya “İnter”i (311 xal) üçüncü sırada yer alıb.



    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024