Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq 

    İDMAN

    08 Aprel 2024 | 14:30

    Honqkonqda 3x3 basketbol üzrə "Paris 2024" Olimpiadasına vəsiqə verən ilk təsnifat oyunlarına start veriləcək. 

    Pressa xəbər verir ki, Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker 'dən ibarət qadın millimiz "B" qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq. Millimiz qrupda ilk oyununu 12 aprel Bakı vaxtı ilə saat 11:30 'da Çili komandasına qarşı keçirəcək.

     Qızlarımızın qrupda növbəti oyunları 13 aprel Bakı vaxtı ilə saat 11:55 'də Monqolustana, saat 13:45 'də isə Niderland seçməsinə qarşı olacaq.

    Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.



    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024