Millimizə 20 futbolçu dəvət olundu 

    İDMAN

    16 Aprel 2024 | 14:28

    Avropa çempionatının hazırlıq planına əsasən minifutbol millimiz aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışı keçəcək.

    Pressa xəbər verir ki, bununla əlaqədar baş məşqçi Elşad Quliyev milli komandaya 20 futbolçu cəlb edib: Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”).

    Müdafiəçilər: Müseyyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı “Zirə”).

    Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı “Zirə”), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi “Aznur”).

    Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi “Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”).

    Xatırladaq ki, aprel ayının 30-da yığma komandamız Serbiya, Rumıniya, Monteneqro, Albaniya və Bosniya və Herseqovina millilərinin də qatıldığı turnirdə iştirak edəcək.




    XƏBƏR LENTİ

    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024