Məşhur meyxanaçı ilə bağlı üzücü xəbər: Yalnız nəfəsi gedib-gəlir 

    SON XƏBƏRLƏR

    05 Aprel 2024 | 10:21

    “Vaxt aşırı Ağakərimin evinə gedib ona baş çəkirəm. Amma təəssüflər olsun ki, onun yanına gedəndə Ağakərim danışmır. Bir tək salamımı alır. Uzanıb, qalıb... Nə danışa, nə otura, nə dura, nə də ki gəzə bilir. Yalnız nəfəsi gedib-gəlir”.

    Pressa xəbər verir ki, bu sözləri Ağamirzə Məmmədov uzun illərdir yataq xəstəsi olan həmkarı Ağakərim ləqəbi ilə məşhurlaşan Kərim Novruzovun səhhəti ilə bağlı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

     Söz ustadı bildirib ki, Ağakərimin sağlamlığında heç bir irəliləyiş yoxdur: 

     “Heydər Əliyev Fondu Ağakərimin səhhəti ilə mütəmadi maraqlanır. Bundan daha əvvəl xəstəxana müalicələrini də öz üzərinə götürmüşdü. Amma xəstənalıq bir şey də yoxdur. Ağakərim istər evdə, istərsə də xəstəxanada qalsın, onun səhhəti ilə bağlı heç bir irəliləyiş və fərqi yoxdur. Həkimlərin əlindən gələsi bir iş yoxdur. Amma nə zaman ehtiyac olarsa, xəstəxana onu qəbul eləməyə hazırdır”. 

     Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib.




    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024