Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ 

    ÖLKƏ

    09 Aprel 2024 | 15:00

    Bakıda və Abşeron yarımadasında aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Pressa-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 10-dan 11-i günün ikinci yarısınadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Qərb küləyi 11-də arabir 15-20 m/s-dək güclənəcək.

    Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.



    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024