İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb 

    HADİSƏ

    15 Aprel 2024 | 16:30

    İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisində yerləşən tikilinin üzərindən keçən hava elektrik xəttinə toxunmaları səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölmələri faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    Qeyd edək ki, ötən gün İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlu həyatlarının itiriblər.

    Amid İsbərov və Fərhan Məmmədzadə 8-ci sinif şagirdləri olub.




    XƏBƏR LENTİ

    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024