BMT Azərbaycanda “Ağıllı Kənd” konsepsiyasının həyata keçirilməsinə dəstək göstərəcək 

    İQTİSADİYYAT

    08 Aprel 2024 | 14:02

    BMT-nin 2024-cü il üzrə Azərbaycanda dayanıqlı inkişaf məqsədləri ilə bağlı prioriterlərindən biri inteqrasiya edilmiş icma inkişafı yanaşmasında “Ağıllı Kənd” konsepsiyasının həyata keçirilməsinə dəstək göstərilməsidir.

    Pressa xəbər verir ki, bunu “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında çıxışı zamanı BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo bildirib.

    O qeyd edib ki, müharibənin təsirinə məruz qalmış rayonlarda gənclərin, qadınların, miqrantların, qaçqınların, məcburi köçkünlərin məşğulluğunun yaradılması və sosial, maliyyə inklüzivliyinin gücləndirilməsi əsas məsələlərdən biridir.

    Bundan əlavə, kənd təsərrüfatında seçilmiş dəyər zəncirlərinin rəqabət qabiliyyətini artırmaq, torpaqların konsolidasiyası prosedurlarını təkmilləşdirilməsi, Azərbaycanda Vahid Sağlamlıq yanaşmasını və onun zoonoz xəstəliklərə və antimikrob müqavimətinə nəzarət imkanlarını gücləndirmək, toxum və aqrokimyəvi laboratoriya və sertifikatlaşdırma xidmətlərinin təkmilləşdirilməsi prioritetlər sırasında yer alıb.




    XƏBƏR LENTİ

    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024