Binə Ticarət Mərkəzində yanğın olub - VİDEO 

    HADİSƏ

    04 Aprel 2024 | 11:40

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Pressa FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin operativ müdaxiləsi və peşəkarlığı sayəsində ticarət mərkəzində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 250kv.m olan anbarın içərisinə yığılmış parça materialları 50kv.m sahədə və bitişik yerləşən, sahəsi 250kv.m olan anbarın içərisinə yığılmış parça materialları 10kv.m sahədə yanıb.

    Anbarlar, içərisində olan digər parça materialları və obyektlər yanğından mühafizə edilib.




    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024