Bakıda 23, bölgələrdə 27 dərəcə isti olacaq - PROQNOZ 

    SON XƏBƏRLƏR, ÖLKƏ

    15 Aprel 2024 | 17:59

    Aprelin 16-na gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Pressa-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.




    XƏBƏR LENTİ

    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024